Messinin komandasını "Ronaldo" qışqıraraq daşladılar

11 Sentyabr 2012 19:12
Argentina yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Peru ilə oyundan öncə xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, Lionel Messinin lideri olduğu komanda paytaxt Limada daş-qalaqla qarşılanıb.

Belə ki, yerli azarkeşlər "albiselesta"nı aparan avtobusu daşa basaraq "Ronaldo" deyə qışqırıblar. Zərərçəkən olmasa da, bu qonaqlara pis təsir edib.

Qeyd edək ki, Peru - Argentina matçı sentyabrın 12-də keçiriləcək.

Milli.Az