İşləmək üçün dünyanın ən yaxşı şirkətləri- SİYAHI
30 Yanvar 2010 12:43
"İqtisadi forum" jurnalının məlumatına görə, 2009-cu illə müqayisədə işləmək üçün uğurlu olan şirkətlərin cədvəlində gözlənilməz dəyişiklik olub.
2009-cu ildə siyahıya başçılıq edən "NetApp" İT şirkəti bu il 7-ci yerə düşüb. Ötən ilin 20-cisi olan "SAS" şirkəti isə 2010-cu ildə 1-ci yerə çıxıb. "Boston Consulting Group" konsaltinq şirkəti 3-cü yerdən 8-ci yerə düşüb.
Jurnalın məlumatına görə, "Wegmans Food Markets" supermarketlər şəbəkəsi 5-ci yerdən 3-ə, "Nugget Market" mağazalar şəbəkəsi isə 10-cu yerdən 5-ə yüksəlib. "Edward Jones" və "Google" kimi şirkətlərin mövqeyi isə sabit qalıb.
2010-cu il üzrə işləmək üçün dünyanın ən yaxşı şirkətlərin ilk beşliyi aşağıdakı kimidir:
1. "SAS". Şirkət bir sıra güzəşt kampaniyası həyata keçirir. Övladlarının tərbiyəsi üçün əməkdaşlarına kömək edir, tibbi sığorta və məhdudiyyətsiz xəstəliyə görə işdən icazə günləri ilə təmin edir. "SAS"-ın həmçinin özünün tibb və idman mərkəzləri, kitabxana, uşaqlar üçün yay düşərgəsi var.
2. "Edward Jones". Böhran dövründə nə bir ofis bağlayıb, nə də işçilərini ixtisar edib.
3. "Wegmans Food Markets". 94 illik tarixi ərzində heç vaxt işçilərini ixtisar etməyib.
4. "Google". 2010-cu ildə axtarış sistemi işçi heyətini daha 1000 nəfər artırmaq niyyətindədir.
5. "Nugget Market". Şirkət öz əməkdaşlarını ərzaq mallarına 10%-lik güzəşt kartı ilə təmin edir.
Milli.Az