Əsəd gedər, amma bir şərtlə...

11 Sentyabr 2012 18:24
Milli.Az TRT-yə istinadən bildirir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Fransanın paytaxtı Parisdə Suriyanın müxalifət təmsilçiləri və Fransa rəsmiləri ilə görüşüb.

"Le Figaro"ya açıqlama verən Boqdanov bildirib ki, prezident seçkilərində Suriya xalqı başqa bir namizədi dəstəklədiyi təqdirdə Əsəd bu vəzifədən gedəcək.

Rusiyanın Suriyada sülhün təmin olunmasına aktiv dəstək arzusunu təkrarlayan Boqdanov Suriyada iqtidar və müxalifətin masaya oturaraq siyasi dəyişiklik mərhələsinin parametrlərini müəyyənləşdirməli olduğunu deyib.

Rusiya xarici işlər nazirinin müavini müxalifətə silah yardımı edilməsi səbəbilə Suriyanın somaliləşmə riskinin olduğunu söyləyib. Boqdanov 1990-cı ildəki Livan müharibəsindən sonra çağırılan sülh konfransı kimi Suriyada da xristian, ələvi və dürzilərin təmsil ediləcəyi konfrans çağırılmasını təklif edib.

Milli.Az