"O məni, mən də onu öldürdüm"

11 Sentyabr 2012 14:26
Milli.Az Dallas News-a istinadən bildirir ki, 36 yaşlı Larri Dann 28 yaşlı məşuqəsi Sesil Boldeni bıçaqlayaraq qətlə yetirib.
Səbəb isə Sesilin ötən həftə Larriyə "mən HİV xəstəsiyəm" deməsi olub.

Dallas polis idarəsində suçunu etiraf edən Larri deyib: "O, məni xəstəliyə yoluxduraraq öldürdü, mən də onu öldürdüm. Bolden ilə bir neçə dəfə cinsi əlaqədə oldum. O, HİV xəstəsi olduğunu heç zaman söyləmədi. Onun QİÇS xəstəsi olduğunu öyrənəndən sonra hirsləndim. Mətbəxə gedib bıçağı götürdüm və onu, o murdar yalançını bıçaqladım".

Larri məşuqəsini bıçaqlayandan sonra evi tərk edib.

Sesilin 7 və 8 yaşlı övladları məktəbdən evə qayıdanda analarının qan içində cəsədi ilə qarşılaşıblar. Onların hönkürtü və qışqırtılarına qonşular gəliblər.

Milli.Az