İnternetin ən təhlükəli adamı
10 Sentyabr 2012 14:07
Milli.Az Posta-ya istinadən bildirir ki, antivirus və kompüter təhlükəsizliyi proqramları istehsal edən "McAfee" şirkəti fişinq və məlumatları oğurlamağa çalışan saytların qurban cəlb etmək üçün ən çox Emma Uotson adından istifadə etdiklərini açıqlayıb.
22 yaşlı aktrisanın adını internetin axtarış sisteminə yazıb arayanların qarşısına çıxan hər 8 saytdan birində viruslar var.
Milli.Az