Xırda pula görə marketdən qovuldu

10 Sentyabr 2012 20:08
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, həftəlik alış-veriş üçün yollandığı "Asda" marketində Bat malları seçib, sonra da pulu ödəmək üçün kassaya gedib.
O, 100 funt-sterlinq dəyərində alış-verişi üçün 2 funtluq xırda pulları kassaya uzadıb.

Kassir isə "Belə olmaz, kağız pul verin" deyərək qadını geri qaytarıb. Hiddətlənmş qadın marketin menecerinə şikayətlənəndə ona 15 funt-sterlinq məbləğində hədiyyə vauçeri verilib.

Bat bir qədər sakitləşərək kassaya qayıdanda isə aldığı malların çantasından götürülərək yenidən rəflərə düzüldüyünü görüb.
Bat indi "Asda" marketlər şəbəkəsini məhkəməyə verməyə hazırlaşır.

Milli.Az