Yığmamız London Yay Paralimpiadasında ilk otuzluğa düşdü

10 Sentyabr 2012 11:43
Azerisport.az xəbər verir ki, iştirakçı ölkələr medal siyahısını müəyyənləşdiriblər.
 
Azərbaycan yığması Londonda bütövlükdə 12 medal qazana bilib. Bunlardan dördü qızıl, beşi gümüş, üçü bürüncdür. Paralimpiya millimiz bu göstərici ilə 27-ci olub.
 
Bütövlükdə isə Çin birinci olub. Bu ölkəni Rusiya və Böyük Britaniya izləyir.

"London-2012"nin təfsilatları burada.


Milli.Az