Dövlət Neft Şirkəti yataqlarda ekoloji monitorinq keçirib
8 Sentyabr 2012 12:44
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi "Bulla Dəniz" dəniz yatağında ekoloji monitorinq keçirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü idarənin rəsmi saytında məlumat verilir.
"Bulla Dəniz" yatağı ARDNŞ-nin N,Nərimanov adına NQÇİ-nin balansında yerləşir.
Məlumatda deyildiyi kimi, işlər "MRK-452" gəmisində aparılır. Monitorinqin gedişində 17 seçilmiş stansiyadan dəniz suyu, zooplankton, fitoplankton və dəniz çöküntüləri nümunələri götürülüb.
Habelə monitorinq zamanı su mühitinin fiziki-kimyəvi xarakteri, dəniz axınlarının sürəti ölçülüb və istiqaməti müəyyən edilib, ərazinin meteoroloji tədqiqatı aparılıb.
Milli.Az