4 erməni kanalizasiyaya düşüb öldü
8 Sentyabr 2012 12:29
Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, quyudan 5 nəfər tapılıb. Onların 4-ü dünyasını dəyişib.
Hadisə kanalizasiya idarəsinin işçilərinin həmin quyuda təmir işləri gördükləri zaman baş verib. İşçilərdən biri quyunun içində olarkən oradakı metan qazının təsiri ilə huşunu itirib. Digər şəxslər də onu xilas etmək üçün düşərkən huşlarını itiriblər. Sonradan onların 4-ü ölüb.
Ölənlərin şəxsiyyəti dəqiqləşdirildikdən sonra məlum olub ki, bu şəxslər Rusiyaya pul qazanmaq üçün gələn ermənilər olub.
Qeyd edək ki, bir ay öncə də Moskvada analoji hadisə baş vermişdi.
Milli.Az