Voleybolun türk sultanı: "Rədd olsun o yana!"
8 Sentyabr 2012 12:33
Milli.Az Milliyet-ə istinadən bildirir ki, "Ezcaçıbaşıspor" klubunun oyunçusu, "Dəmir yumruq" kimi də tanınan Neslihan dünən İstanbulun Akmerkez səmtində əri ilə birlikdə alış-verişdə idi.
O, "Red Hot Chili Peppers"in Santralistanbul-dakı konsertinə getməyəcəyini deyib.
"Bu, ərimin yox, mənim qərarımdır. Bəzi adamlar sosial şəbəkələrdə mənə sataşırlar. Rədd olsun o yana!" - Neslihan deyib.
"Red Hot Chili Peppers"in baş gitaraçısı Flea Türkiyənin qadınlardan ibarət voleybol yığmasının London Olimpiadasında ABŞ millisinə qarşı matçına baxdığını Twitter-də yazmışdı.
"Neslihan Darnel, sənə ilk baxışdan aşiq oldum", - Flea yazmışdı.
Türklər ona Neslihanın ailəli və uşaqlı qadın olduğunu xatırladanda isə Flea geri addım ataraq: "Sakit olun, yazdıqlarım ciddi deyil", - vurğulamışdı.
Milli.Az