Min bir dərdin dərmanı: ehtiraslı öpüş
6 Sentyabr 2012 17:32
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, alimlərin son araşdırmaları bu sözləri deməyə əsas verir.
Alimlər müəyyən ediblər ki, ehtiraslı öpüş bədəndə histmin maddəsini azaldır ki, bu da, öz növbəsində, titrəmə və həyəcan hissini azaldır. Yaponiyanın Satu Xəstəxanasının işçilərinin keçirdikləri tədqiqatda titrəmə və həyəcandan əziyyət çəkən 24 kişi və 24 qadın iştirak edib. Onlar 30 dəqiqə ərzində öz partnyorlarını həzin musiqi sədaları altında öpüblər.
Sonra onlar eksperimenti təkrar ediblər, lakin bu dəfə onlar opüşməyiblər, yalnız qucaqlaşıblar. Öpüşməkdən sora götürülən qan analizlərində görünüb ki, bədəndəki anticismlər azalıb. Qucaqlaşmaq isə buna heç cür təsir etməyib.
Milli.Az