Azərbaycanlı müğənni dama çıxdı: dedilər bəxtəvər...- FOTOSESSİYA

6 Sentyabr 2012 14:45
Milli.Az-ın məlumatına görə, populyar estrada müğənnisi Roza Zərgərli "Qəlbdən Sevən" adlı mahnısının klip çəkilişləri üçün paytaxt otellərinin birinin damını seçib. Rejissor missiyasını üzərinə götürən müğənni, əsas qəhrəman obrazını da özü canlandırıb.
Bu yerdə Füzulinin "dedilər bəxtəvər yaylağa çıxdı" sözlərini xatırlatmaq yerinə düşər. Sürpriz olsun deyə, süjet xəttini tam açıqlamaq niyyətində deyilik.

Klipin operatoru Emin Hüseynovdur. Rozanı müğənni Zamiq Hüseynovun rəhbəri olduğu ansamblın üzvləri müşayiət edib. Klipdə tamaşaçılar gənc aktyor Sultan Yusifzadəni görə biləcəklər.

Roza Zərgərlinin obrazı üzərində məşhur azərbaycanlı stilist Anar Ağakişiyev çalışıb.

Milli.Az

 Böyütmək üçün şəkillərə klikləyin.