"Crvena Zvezda"nın azarkeşləri azərbaycanlılara dəstək verəcək

5 Sentyabr 2012 21:36
Serbiyanın "Novi Pazar" klubunun azarkeşləri Azərbaycan çempionu "Neftçi"nin "Partizan"la Avropa Liqasındakı səfər oyununda komandamıza güclü dəstək verəcəyini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Novi Pazar" bu ölkənin eyni adlı şəhərinin təmsilçisidi.
 
Novi Pazar şəhərində müsəlmanlar böyük üstünlük təşkil edirlər. "Novi Pazar" azarkeşləri Serbiyada bu ölkədə "Partizan" və "Crvena Zvezda" fanatları ilə kəskin münasibətləri ilə tanınırlar.
 
"Novi Pazar"ın qatı azarkeş qruplaşması belə bir vədi sosial şəbəkələrdən biri vasitəsilə yayıb. Onlar bildiriblər ki, "Partizan"la oyunda azərbaycanlı azarkeşlərini yaxından dəstəkləyəcəklər.
 
Eyni zamanda "Partizan"ın qatı düşməni sayılan "Crvena Zvezda"nın da fanatlarından Azərbaycan çempionuna dəstək gözlənilir.

Qeyd edək ki, "Neftçi" ilə "Partizan" arasındakı ilk oyun sentyabrın 20-də məhz Belqraddakı "Partizan" stadionunda keçiriləcək.

Milli.Az