Aviaşirkətin tərbiyəsizliyi: "Burada otura bilməz!" - FOTO

5 Sentyabr 2012 17:45
Aviaşirkətin əməkdaşları Daun sindromlu yeniyetmənin valideynlərinə 1-ci sinif bölməsində oturmağa icazə verməyiblər.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Robert Coan Vanderhostlar oğulları, 16 yaşlı Bele ilə birlikdə Los-Ancelesə yollanırdılar.
Onlar "American Airlines"in təyyarəsinə, 1-ci sinfə bilet də almışdılar.

Lakin hava limanında aviaşirkət əməkdaşları onları təyyarənin 1-ci sinfinə buraxmayıblar.

Stüard ərlə arvada deyib: "Oğlunuz Daun xəstəsidir və 1-ci sinif yerləri də pilotlar kabinəsinə çox yaxındır. Oğlunuz pilotların diqqətini yayındıra bilər. Sizə salonda yer verə bilərik".

Ata və ana isə Bedenin oturaraq sakitcə gözlədikləri anları çəkərək, oğullarının 5 yaşlı uşaq təki, sakit davrandığını sübut edəcək video hazırlayıblar.

KTLA telekanalına açıqlama verən valideynlər deyiblər: "Onlar bizi salondakı adi yerlərdə oturtdular və biletlər arasındakı məbləğ fərqini də geri vermədilər. İndi "American Airlines"i məhkəməyə verəcəyik. Belə düşünən insanlara dərs olsun deyə şirkət məhkəmədə cavab verməlidir".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.















Fotolar: KTLA