DÇ-2014-ün rəsmi topu və adı
4 Sentyabr 2012 18:08
2014-cü ildə Braziliyada keçiriləcək Dünya çempionatının (DÇ) rəsmi topunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, topun adı FİFA, yerli təşkilat komitəsi və "Adidas" tərəfindən keçirilən internet-səsvermənin nəticələri əsasında qoyulub.
Səsvermədə iştirak edən 1 milyon insan 77,8 faiz Brazuca adını seçiblər. Bossa Nova - 14,6 faiz, Carnival isə 7,6 faiz səs toplayıb.
Brazuca milli qürur, emosionallıq və xoş əhval - ruhiyyə mənasını verir. Bu 3 xüsusiyyət Braziliya xalqının əsas mədəni simvollarını təşkil edir.
Milli.Az