Sağaldan və qorxudan "çin alması"

4 Sentyabr 2012 13:51
Portağal

Portağal sanki qürub edən günəşin kiçik modelidir. O, yalnız sitruslar ailəsinin (mandarin, qreypfrut və limon) deyil, bütün ən şirin və dadlı meyvələrin liderlərindən biridir.

Bu, "çin alması" ("appelsin" almanca "çin alması" deməkdir və elə onun vətəni də Çindir) çox dərdə dərmandır, saymaqla bitməz.

100 qramlıq portağalda nələr yoxdur:

Zülallar - 0.9 q

Yağlar - 0.2 q

Karbohidratlar - 10.3 q (mono- və disaxaridlər - 8.1 q)

Qida lifləri (sellüloz) - 1.4 q

Pektin - 0.6 q

Üzvü turşular - 1.3 q

Vitaminlər:

A vitamini - 0.05 mq

BV1 vitamini (tiamin) - 0.04 mq

B2 vitamini (riboflavin) - 0.03 mq

Folium turşusu (B9) - 5 mkq

Niatsin (PP vitamini) - 0.2 mq

C vitamini (askorbin turşusu) - 60 mq

E vitamini (tokoferol) - 0.22 mq

Makroelementlər:

Kalium - 197 mq

Kalsium - 34 mq

Maqnezium - 13 mq

Natrium - 13 mq

Fosfor - 23 mq

Mikroelementlər:

Dəmir - 300 mkq

Yod - 2 mkq

Kobalt - 1 mkq

Marqanes - 30 mkq

Mis - 67 mkq

Ftor - 17 mkq

Sink - 200 mkq

Faydası

İmmuniteti artırır

İştahı qaldırır

Yorğunluğu zəiflədir

Şişkinliyi azaldır

Yaranı tez sağaldır

Maddələr mübadiləsini normallaşdırır

Həzmi yaxşılaşdırır

Piylənmənin düşmənidir

Hipertoniya və ateroskleroza qarşı faydalıdır

Podaqrada, öd kisəsinin xroniki xəstliklərində, hipovitaminozun profilaktikası və müalicəsində effektlidir

Portağal qabığı

Həlim halında revmatizm və ürək çatışmazlığının müalicəsində istifadə edilir.

Portağal şirəsi

Təmiz portağal şirəsi bədxassəli şişlərin, qastritin, kolitin, anemiyanın, hipertoniyanın, aterosklerozun, sinqanın, piylənmənin, infeksion və soyuqdəymə xəstliklərinin kompleks müalicəsi üçün tətbiq edilir.

O, həmçinin qaraciyərin işinin və öd ifrazının pozulması, şişkinlik halları, böyrək-daş xəstəlikləri, qəbəlik (qəbiz), diş ətinin qanaxması, digər qanaxmaları, dəri xəstəliklərinə qarşı da effektlidir.

Xəbərdarlıq: Portağal şirəsini yemək ərəfəsində içməyin - həzmi poza bilər. Diabetiklərin isə portağal şirəsini qənd və bal əlavə etməklə içməsi məsləhət deyil. Bəzi uşaqlarda portağal yedikdən sonra allergiya baş qaldıra bilər. Əgər uşağın rasionuna portağal şirəsini tədricən və miqdarını azacıq artırmaqla müntəzəm daxil etsəniz, əksər hallarda orqanizm öyrəşir və allergiya keçib gedə və xeyli azala bilər.

"Ekspress"