Apple müştərilərini belə aldadır?

3 Sentyabr 2012 12:18
Milli.Az bildirir ki, sahib olduğu iPod-lara illərdən bəri on minlərlə dollarlıq mahnılar köçürmüş Uillis öləndən sonra mahnılarını uşaqlarına buraxa bilməyəcəyini öyrənəndə çılğına dönüb.

Apple-in iTunes servisinin qaydalarına görə, mahnını satın alan adam, sadəcə, ölənədək həmin mahnını dinləyə bilər. Həmin adam ölərsə və ya mahnını yaxın adamına yollarsa, iTunes-dakı hesabı dondurulur.

Musiqi kolleksiyasını qızları Rumer, Skout və Talulaya miras qoymaq istəyən aktyor həmin qaydaları absurd sayır.

Uillisin vəkili İrvayn Mitçell The Times-a bildirib: "Apple məhsullarının istifadəçisi olan insanlar pul verib aldıqları mahnıların gerçək sahibi olmadıqlarını öyrənəndə çox hirslənəcəklər. Cənab Uillisin musiqi kolleksiyasını yaxınlarına vermək istəməsi normal haldır. Anormal olan Apple-in qaydalarıdır".

Milli.Az