Bakının ən çox inkişaf etmiş rayonu hansıdır?

1 Sentyabr 2012 16:53
Bu rayonun ərazisi şəhərin mərkəzindən başlayır, 1,2,3,4-cü mikrorayonlara qədər davam edir. İnkişaf, işgüzar aktivlik və əhalinin sayı baxımından Nəsimi rayonu birinci sırada dayanır. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə MBA consulting şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, ikinci yerdə dayanan rayon isə Nərimanov rayonudur. Səbail və Yasamal rayonları üçüncü və dördüncü yerləri bölüşürlər. Beşlikdə sonuncu yerdə isə Binəqədi rayonu dayanır. Hər bir rayonda orta hesabla 180-220 min nəfər yaşayır.

Milli.Az