"Lufthansa" 100-dən çox reysini təxirə salıb - YENİLƏNİB - FOTO
31 Avqust 2012 16:33
16:13
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Lufthansa" ümumdünya borc böhranı fonunda investisiyaları azaltmaq və 3500 nəfər əməkdaşı işdən azad etmək barədə düşünür. Üç il ərzində şirkət 1,5 milyard dollara qənaət etmək istəyir. İslahatlar çərçivəsində "Germanwings" adlı törəmə şirkət yaradaraq əməkdaşların bir hissəsini daha aşağı əmək haqqı ilə həmin şirkətə keçirmək istəyirlər.
----------
12:56
Almaniya hava limanları xaosla üz-üzədir.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Lufthansa" şirkətinin 19 mindən çox işçisi tətil edir. Tətil bu gün səhərdən etibarən Frankfurt Mayna şəhərində başlayıb.
Bundan əvvəl şirkət rəhbərliyinin həmkarlar ittifaqı ilə danışığı nəticə verməmişdi. Həmkarlar ittifaqı işçilərin əmək şəraitinin yaxşılaşdırlmasını, əmək haqlarının artırılmasını tələb edirdi.
Tətillər əsasən Frankfurt Mayna, Münhen və Berlin şəhərlərinin hava limanlarını əhatə edəcək.
Milli.Az
--------------
16:33
Böyütmək üçün şəkillərə klikləyin.