İngiltərə Premyer Liqasında XII tura yrkun vurulub.
Milli.Az xəbər verir ki, günün son matçı Londonda baş tutub.
"Arsenal" öz meydanında "Mançester Siti"ni qəbul edib.
Gərgin keçən qarşılaşmada qapılara 4 qol vurulub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Arsenal" 29 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 23 xalı olan "Siti" isə ikinci pillədə qərarlaşıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)