Xırdalanda maşın aptekə çırpıldı - (Video)

29 Noyabr 2026 21:45

Abşeron rayonunun Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, minik avtomobili idarəetmədən çıxaraq aptekə çırpılıb.

Hadisə nəticəsində obyektə və avtomobilə ziyan dəyib.

Qəzanın hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)