Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - (Foto)

29 Noyabr 2026 19:49

Samuxda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın xəbərinə görə, hadisə Kür yolunda qeydə alınıb.

Hərəktədə olan "Fiat Doblo" və "VAZ 21099" markalı avtomobillər toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)