Sıla 7 illik sevgilisindən ayrıldı

29 Noyabr 2026 19:22

Türkiyəli məşhur müğənni Sıla Gençoğlu və aktyor İlker Kalelinin təxminən 7 ildir davam edən münasibətlərini səssizcə sonlandırdıqları iddia olunur.

Milli.Az xəbər verir ki, jurnalist Birsen Altuntaşın yaydığı məlumata görə, bir müddətdir münasibətlərində problem yaşayan cütlük əvvəlcə evlərini ayırıb, daha sonra isə yollarını tamamilə ayırmaq qərarına gəlib.

Bir-birinə şeirlər yazan cütlük "Metelik", "Mesela" və "Kapkara" mahnılarında birlikdə çalışmışdı.

Müğənni daha əvvəl aktyor Ahmet Kural ilə yaşadığı və 2018-ci ildə şiddət iddiası ilə məhkəməyə daşınan (Kural bu iş üzrə 1 il 4 ay 20 gün həbs cəzası almışdı) münasibəti ilə gündəmə gəlib. O, 13 yanvar 2020-ci ildə aşpaz Hazer Amani ilə ailə qursa da, cütlük 18 yanvar 2021-ci ildə Bodrumda rəsmən boşanıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)