Bakıda yol qəzası səbəbindən Heydər Əliyev prospektində sıxlıq yaranıb

29 Noyabr 2026 19:04

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, kənar yolda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza səbəbindən əsas və kənar yolda hər iki istiqamətdə sıxlıq yaranıb.

Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)