Ukrayna Rusiyada sərnişin qatarını vurdu

29 Noyabr 2026 16:49

Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA Moskvadan Bryansk vilayətinin Klimovo qəsəbəsinə hərəkət edən sərnişin qatarına hücum edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk öz Teleqram kanalında məlumat yayıb.

"Ukrayna hərbçiləri PUA-nı Novozıbkov şəhərində sərnişin qatarına yönəldiblər.

Xoşbəxtlikdən, hadisə zamanı qatar dayanmış vəziyyətdə olduğu üçün xəsarət alan olmayıb. PUA hücumu nəticəsində vaqonlardan birinin damı zədələnib", - qubernator qeyd edib.