Bakıda gənc oğlan küçədə bıçaqlandı

29 Noyabr 2026 13:45

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  paytaxtın Xətai rayonu ərazisində 2005-ci il təvəllüdlü Ramal Ələkbərov bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən hadisəni törətməkdə şübhəli bilinən şəxsi tanımadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)