Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub - (Foto)

28 Noyabr 2026 23:12

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olunub.

Gecənin solisti isə violonçel ifaçısı İbrahim Nağıyev idi.

Konsert proqramında N. Myaskovski violonçel və orkestr üçün Konsert c-moll, op. 66 və J. Brahms 3 nömrəli Simfoniya F-dur, op. 90 əsərləri səsləndirilib.

Dünya klassik musiqisinin görkəmli bəstəkarlarının əsərlərini əhatə edən konsert Azərbaycan Dövlət Simfonik Orkestrinin zəngin ifaçılıq ənənələrinin, klassik musiqi irsinin təbliği və dinləyicilərə yüksək sənət zövqünün aşılanması baxımından əlamətdar musiqi hadisəsi olub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az