Xalq artisti Samir Cəfərov ilk dəfə Kavaradossi obrazında çıxış edib - (Foto)

28 Noyabr 2026 22:47

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasının Konsert Salonunda görkəmli italyan bəstəkarı Cakomo Puççininin üç pərdəli "Toska" operasını nümayiş etdirib.

Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Dmitri Çerbadji, icraçı rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev olub.

Tamaşanın əsas məqamlarından biri Xalq artisti Samir Cəfərovun ilk dəfə Kavaradossi obrazında səhnəyə çıxması olub. İfaçı bu obrazda özünün vokal imkanlarını və aktyorluq məharətini nümayiş etdirərək tamaşaçılara yadda qalan çıxış bəxş edib.

Operada Toska obrazını Əməkdar artist Fəridə Məmmədova, Skarpia obrazını Əməkdar artist Anton Ferştandt, Anjelotti obrazını Əməkdar artist Cahangir Qurbanov, Rizniçiy obrazını Xalq artisti Əkrəm Poladov, Spoletta obrazını Əməkdar artist Əliəhməd İbrahimov, Şarrone obrazını İqor Yadrov, həbsxana nəzarətçisi obrazını isə Orxan Cəlilov ifa edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az