Türkiyəli aktyor Cem Yiğit Üzümoğlu 33 yaşında xərçəngdən vəfat edən ifaçı Kazım Koyuncunun həyatından bəhs edən "Kazım: Yarım Kalan" filmi üçün 19 kiloqram arıqlayıb.
Milli.Az xəbər verir ki, aktyor məşhur musiqiçiyə fiziki cəhətdən bənzəmək üçün aylarla xüsusi pəhriz və idman proqramı tətbiq edib. Bundan başqa, Kazım Koyuncunun özünəməxsus gülüşünü canlandırmaq məqsədilə filmdəki müxtəlif yaş dövrləri üçün 10 fərqli diş dizayn edilib.
Aktyorun saç və üz cizgilərinin dəyişdirilməsi üçün xüsusi makiyaj edilib. Bəzi çəkiliş günlərində bu hazırlıq dörd saatdan çox davam edib. O, gitara ifası və səhnə davranışlarını da Koyuncunun keçmiş musiqi müəllimi ilə məşq edib.
Rejissoru Özcan Alper olan film 1 yanvar 2027-ci ildə kinoteatrlarda nümayiş olunacaq.
Qeyd edək ki, Cem sonuncu dəfə "Şakir Paşa ailəsi" serialında rol alıb. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)