Siyəzəndə iki azyaşlı su kanalına düşüb

28 Noyabr 2026 21:19

Siyəzən rayonunda iki azyaşlı Taxtakörpü-Ceyranbatan su kanalına düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə noyabrın 28-də Siyəzən şəhəri yaxınlığında baş verib.

İlkin məlumata əsasən, uşaqlar kanalın kənarında oynayarkən suya düşüblər.

Azyaşlılardan biri xilas edilərək xəstəxanaya yerləşdirilib, digərinin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)