Kürdəmirdə üç avtomobil toqquşub, xəsarət alan var

28 Noyabr 2026 20:35

Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Cəyli kənd sakinləri - 2005-ci il təvəllüdlü Elmurad Seyidovun idarə etdiyi "VAZ-2107", 2005-ci il təvəllüdlü Murad Umudovun idarə etdiyi "Changan" və 1989-cu il təvəllüdlü Şəmi Bəkirovun idarə etdiyi "Kia" markalı avtomobillər toqquşub.

Nəticədə "Kia"nın sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)