PSJ-də ciddi itki

28 Noyabr 2026 20:03

PSJ Xviça Kvaratsxeliya və Dezire Duedən sonra daha bir aparıcı oyunçusunun xidmətindən məhrum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  klubun mətbuat xidmətinin məlumatına görə, müdafiəçi Nunu Mendeş sıradan çıxıb.

Portuqaliyalı futbolçunun sol bud əzələsində dartılma aşkarlanıb. 24 yaşlı sol cinah müdafiəçisinin yaşıl meydanlara qayıdacağı tarix məlum deyil.

Qeyd edək ki, PSJ Nunu Mendeşi 2021-ci ilin yayında "Sportinq"dən transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)