5-ci sinif şagirdi qəzada öldü

28 Noyabr 2026 14:22

Lənkəran məktəbinin V sinif şagirdi avtomobil qəzasında həlak olub.

Bu barədə Q. Zeynalov adına Darquba kənd tam orta məktəbi sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, Lənkəran rayonunun Darquba kənd məktəbinin beşinci sinif şagirdi Əlövsət Səlahət oğlu Yusubzadə avtomobil qəzası nəticəsində həyatını itirib.

Məktəb kollektivi şagirdin vəfatı ilə əlaqədar onun ailəsinə, yaxınlarına, müəllimlərinə və dostlarına başsağlığı verib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)