Xalq artisti Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrındakı işindən ayrılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu barədə "Bir gün" verilişində açıqlama verib. O bildirib ki, teatrda müqavilə əsasında işləyib:
"Orada bir tamaşaya çağırmışdılar. Müqavilə ilə getmişdim. Vaxtı bitdi və yenə qaldım evin küncündə. Belə baxanda deyirəm, vaxtdır fəaliyyəti dayandırmalıyam. Nə qədər işə getməliyəm?".
Qeyd edək ki, Xalq artisti Valeh Kərimov yaşı ilə əlaqədar bir müddət əvvəl Sumqayıt Dövlət Dram Teatrından uzaqlaşdırılmışdı. O, ötən ilin martında teatrda işə başlamışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)