Kola dedikdə ilk ağıla gələn onun sağlamlığa zərərləri olur. Lakin bu məşhur içkinin gündəlik həyatda fərqli məqsədlər üçün də istifadə edildiyini bilirdinizmi?
Milli.Az xəbər verir ki, kolanın ev təmizliyindən tutmuş saça yapışan saqqızın çıxarılmasına qədər bir sıra maraqlı istifadə üsulları var.
Kola yalnız sərinləşdirici içki deyil, bəzi məişət problemlərinin həllində də köməkçi vasitə kimi təqdim olunur.
Bitkilər üçün istifadə olunur
Dibçək torpağına az miqdarda kola əlavə etmək torpağın havalanmasına və bitki köklərinin inkişafına kömək edə bilər. Lakin bu üsulun bitkilər üçün faydalı olduğu elmi şəkildə sübut edilməyib.
Eynək şüşələrini təmizləmək mümkündür
Kolanın təmizləyici xüsusiyyətlərindən istifadə edərək eynək şüşələrini silmək təklif olunur. Bununla belə, tərkibindəki şəkər və turşular şüşədə iz buraxa və örtüyə zərər verə bilər. Buna görə eynəklər üçün xüsusi təmizləyici vasitələrdən istifadə etmək daha məqsədəuyğundur.
Saqqızın saçdan çıxarılmasına kömək edə bilər
Saça yapışan saqqızı çıxarmaq bəzən olduqca çətin olur. Bu zaman saçları kəsməyə ehtiyac qalmadan müxtəlif üsullara əl atılır. Kolanın tərkibindəki turşuların saqqızın saçdan ayrılmasını asanlaşdıra biləcəyi iddia edilir.
Həşərat dişləmələri zamanı diqqətli olun!
Kolanın həşərat dişləmələri zamanı ağrını azaltdığı barədə fikirlər yayılsa da, bu üsul tibbi baxımdan tövsiyə edilmir.
Göründüyü kimi, gündəlik həyatda tez-tez istifadə etdiyimiz kolanın müxtəlif məişət məqsədləri üçün tətbiq edilməsi ilə bağlı maraqlı iddialar var. Ancaq unutmayın ki, bu üsulların heç də hamısı elmi cəhətdən təsdiqlənməyib.
Müəllif: Mina Mikayılova