Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü (Foto)

28 Noyabr 2026 13:22

Tovuzda 28 yaşlı şəxsi qatar vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun dəmiryolu stansiyasında qeydə alınıb.

1998-ci təvəllüdlü Sərxan Pənahov aldığı xəsarətlərdın hadisə yerində vəfat edib. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)