Əfqanıstanda məktəbdə partlayış: 6 ölü, 97 yaralı

28 Noyabr 2026 13:14

Əfqanıstanın Kunar vilayətində yerləşən məktəblərdən birində partlayış baş verib. Hadisə nəticəsində azı 6 nəfər ölüb, 97 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.

Məlumata görə, hadisə ilə bağlı ilkin məlumatlarda tələfatın sayı açıqlanmayıb. Daha sonra ölən və yaralananların sayı barədə məlumat verilib.

Hazırda partlayışın səbəbi barədə ətraflı məlumat yoxdur. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)