18 yaşlı qadın öldü: Ərinin vəziyyəti ağırdır

28 Noyabr 2026 11:39

Bərdə rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə Əliyanlı kəndində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. K.İmaməliyevin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)