Dövlət sərhədini pozmağa cəhd edən İran vətəndaşları saxlanıldı

28 Noyabr 2026 11:30

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib ki, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)