Bakıda kafedə kütləvi dava olub.
Milli.Az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki kafelərdən birində baş verib. Hadisə zamanı davada iştirak edən şəhər sakini, 1972-ci il təvəllüdlü Tofiq Məmmədov və onun oğlu bıçaqlanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırmalar aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)