Lalə Azərtaş 25 kq çəki atdı

28 Noyabr 2026 16:46

Aparıcı Lalə Azərtaş xeyli çəki itirməsi ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, 25 kiloqram arıqladığını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Aparıcının sözlərinə görə, həkim nəzarəti altında qidalanma rejimində etdiyi dəyişikliklər artıq öz nəticəsini göstərib. O, arıqladıqdan sonra həm gündəlik həyatının daha rahat olduğunu, həm də sağlamlıq göstəricilərində yaxşılaşma baş verdiyini bildirib.

Lalə Azərtaş qaraciyərindəki problemin aradan qalxdığını və qan analizlərinin nəticələrinin də yaxşılaşdığını qeyd edib:

"25 kiloqramla mənim çox problemim gedib və yerinə daha rahat həyat gəlib. Qan təhlillərimə yerinə oturan gözəl rəqəm sayları gəlib. Qaraciyərimdəki problem aradan qalxıb".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)