Peruda hərbi helikopter qəzaya uğradı: 8 hərbçi öldü

28 Noyabr 2026 09:53

Peruda Mi-17 markalı hərbi helikopter qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Peru21" qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 8 hərbçi həyatını itirib. Ölənlərdən 5-i Peru Hərbi Hava Qüvvələrinin, 3-ü isə quru qüvvələrinin hərbçisi olub. Helikopterin yalnız pilotunun sağ qaldığı bildirilir.

Qəza Ayakuço bölgəsinin Kanayre dairəsində, Sanabamba şəhəri yaxınlığında baş verib.

Məlumata görə, helikopter hərbi əməliyyat çərçivəsində patrul xidmətinin təxliyəsi zamanı qəzaya uğrayıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)