Ağsuda 2 maşın toqquşdu: Ölən var

28 Noyabr 2026 09:37

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, ötən gün axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi "VAZ-2106" və Simran Əhmədlinin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2106"nın sürücüsü xəsarət alıb, sərnişin - həyat yoldaşı 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)