Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunanıstanlı həmkarı Konstantinos Tasulasla bir araya gələcək.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında məlumat verib.
Onun bildirdiyinə görə, iki ölkə liderinin görüşü noyabrın 28-də İstanbulda keçiriləcək.
Görüş zamanı müzakirə olunacaq məsələlər və danışıqların gündəliyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)