Aktyor Allahverdi Yolçuyev ailəsi ilə bağlı verdiyi açıqlama ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi övladlarından illərlə zəhmət çəkərək tikdirdiyi evi qoruyub saxlamağı xahiş edib.
O, bu barədə qonaq olduğu "Bir gün" verilişində danışıb. Aktyor evini böyük əziyyətlə ərsəyə gətirdiyini, qazancının heç bir hissəsinin ona havayı başa gəlmədiyini bildirib. Yolçuyev övladlarına həmin evi satmamağı və orada yaşamağa davam etməyi vəsiyyət etdiyini söyləyib.
Sənətçi bu istəyinin atasının ona verdiyi nəsihətlə bağlı olduğunu da qeyd edib. Belə ki, 1994-cü ildə dünyasını dəyişən atası da ona ata-baba yurdunu qorumağı və həmin evdə yaşamağı tapşırıb.
Allahverdi Yolçuyev açıqlamasında bunları deyib:
"Min bir əziyyətlə pul qazanıb ev qurmuşam. Heç kim mənə havayı pul verməyib. Böyük vəsiyyətimdir ki, yaratdığım, qurduğum evi dağıtmasınlar, satmasınlar. Həmişə orada yaşasınlar. 1994-cü ildə atam rəhmətə gedib. O da deyib ki, bu ev dədə-baba yurdudur, burada qal və yaşa. Mən də övladlarıma deyirəm ki, burada qalın".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)