Sabah Şahbuzda işıq olmayacaq

27 Noyabr 2026 23:46

Noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) bildirilib.

Qeyd olunub ki, sabah 110/35 kV-luq Xalxal yarımstansiyasından çıxan 35 kV-luq Şahbuz hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)