“Qalatasaray”ın futbolçusu Yunus Akgün evləndi - (Foto)

27 Noyabr 2026 23:05

"Qalatasaray"ın və Türkiyə millisinin futbolçusu Yunus Akgün uzun müddətdir birlikdə olduğu Tuğçe Alaca ilə evlənib. 

Milli.Az xəbər verir ki, gənc cütlüyün nikah şahidliyini Fatih Terim, "Qalatasaray" klubunun prezidenti Dursun Özbek, baş məşqçi Okan Buruk, eləcə də futbolçular Abdülkerim Bardakcı və Emre Taşdemir ediblər. Mərasimdə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu, milli komandanın baş məşqçisi Sergen Yalçın və futbolçunun komanda yoldaşları da iştirak ediblər.

Futbolçu 1 yanvar 2025-ci ildə gəmidə Tuğçe Alacaya evlilik təklifi etmiş, cütlük 8 sentyabr 2025-ci ildə ailə arasında keçirilən mərasimlə nişanlanmışdı. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)