Müğənni Nadir Qafarzadə oğlu Əzizlə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkədə övladının doğum günü münasibətilə video yayımlayıb.
Əzizin ad gününü restoranların birində qeyd edən müğənni onu təbrik edib.
Məclisdə Əzizin oğlu, sənətçinin adını daşıyan nəvəsi Nadir də olub.
Qeyd edək ki, Qafarzadənin digər oğlu Loğmanın da bir oğul övladı var.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)