Aleks de Souza "Seara"nın baş məşqçisi oldu

27 Noyabr 2026 18:34

Braziliya millisinin sabiq futbolçusu Aleks de Souzanın yeni iş yeri bəlli olub.

Milli.Az xəbər verir ki, 49 yaşlı mütəxəssis Braziliyanın "Seara" klubunun baş məşqçisi təyin olunub.

Bu barədə B seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Aleks de Souza ilə 2027-ci ilin sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, sabiq futbolçu 2026-cı ilin əvvəlinədək "Operario Ferroviario"da  (Braziliya)işləyib, daha sonra isə "Atletik"də (Braziliya) çalışıb. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)