DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - (Video)

27 Noyabr 2026 18:23

Abşeron rayonunda polis tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Milli.Az-ın məlumatına görə, tədbirlər nəticəsində C.Səfərli, R.Nağızadə, N.Mehdiyev, M.Məmmədov, S.Rzayev, E.Zeynalov, F.İbadlı və S.Musayeva saxlanılıblar.

Onlardan ümumilikdə 4 kiloqram 200 qram narkotik maddə, həmçinin 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)